Rusiya prezidenti Vladimir Putin İvanovo vilayətinin qubernatoru Pavel Konkovun tutduğu vəzifədən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sabahinfo.az xəbər verir ki, iqtisadi inkişaf nazirinin müavini Stanislav Voskresenski vilayətin başçısı vəzifəsini müvəqqiəti icra edən şəxs təyin olunub.
Qeyd edək ki, bu, son iki həftə ərzində onuncu qubernator istefasıdır. İlk olaraq "könüllü şəkildə" Samara vilayətinin başçısı Nikolay Merkuşkin vəzifəsindən gedib. Dünən isə yenə öz istəyi ilə Omsk vilayətinin qubernatoru Viktor Nazarov postunu təhvil verib./report/