"Forbes” jurnalı Rusiya prezidenti Vladimir Putini dünyanın ən nüfuzlu adamı seçib.
sabahinfo.Az APA-ya istinadən xəbər verir ki, V.Putin dalbadal dördüncü dəfədir ki, reytinqə başçılıq edir.
Reytinqdə növbəti yerləri ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp, Almaniya kansleri Angela Merkel, Çin lideri Si Tzinpin və Roma Papası Fransisk tutublar.
ABŞ-ın hazırki dövlət başçısı Barak Obama builki reytinqdə 48-ci pillədə qərarlaşıb.