Mənsur
Merkel haqlıdır, Putin başqa dünyada yaşayır. Avropada Putinin siyasət haqqında düşüncəsi birtəhər başa düşülür. Stalindən sonra yenidən Sovet düşüncəsi çiçəklənməyə başlayıb. Krımın işğalı isə Putin üçün ümid modelidi. Qonşuların işğalı ilə Putin sələfi Stalinin şəfəqli düşüncə yoluna çıxıb. Məsələn, elə götürək Hitleri. Reyx 1939-cu ildə Polşanı hansı səbəblə tutmuşdusa, bu gün Putin həmin düşüncə qəlibinə Krımı yerləşdirdi. Əslində Abxaziya, Osetiya və Krımın işğalı 1917-ci ildə qış sarayında baş verən bolşevik qasırğasına daha çox oxşayır. Bolşeviklər Nikolayı devirərək, kommunizmin ixracıcına başladılar. Təbii ki, ideologiyanın ortaya atılmasından sonra Lenin SSRİ üçün lazım olan ətrafı yığa bildi. İtaliya (Mussolini), Almaniya (Hitler) və İspaniya (Franko) da həmin dövrdə qitədə faşist ideologiyasının strukturlaşmasına çalışırdı. Az qala bütün Avropasında faşist qasırğası əsdirilirdi. Bəs necə ola bilərdi ki, kommunizm düşmən dünyanın ortasında tək qaldı? 1920-ci ildə Lenindən hakimiyyəti təhvil alan Stalin də suala cavab tapa bilmədi. Bilirsiniz, Putin romantik insandır. Riyazi hesablamalardan da başı çıxır. Krımın işğal edilməsi məhz həmin suala cavabın axtarılmasıdır. Putin bunun üçün ilk növbədə 1917-22-ci illər praktikasını təcrübədən keçirməyə çalışır. Lenindən fərqli olaraq Putin keçmiş çar və sovet təəbəələrini parça-parça federasiyaya yamamağa səy göstərir. Təbii ki, qış sarayının sahibi bununla reaksiyaları da nəzərə almaq istəyir. Bacarmır. Çünki Putin Stalindən zəif işləyir. Vladimir yaxın ətrafını görürsə, İosifin gözü Qərbi Avropada idi. Putinin də post-sovet stulunda əyləşdikdən sonra Stalinin 80 il əvvəl tərtib etdiyi xəritəni masa üzərinə sərəcəyi haqda da düşünmək olar. 30-cu illər Stalini kimi Putin ərazi mənfəəti qarşılığında həm özünü, həm də Rusiyasını dünyadan təcrid edir. Həmçinin "İr modeli”... Putin SSRİ-ni yenidən görmək istəyə bilər. Lakin biz sovetin tarixini bilirik. 1930-cu il. Sovet İmperiyası. Stalinin gözünü kin o qədər örtmüşdü ki, böyük imperiyanı morqa çevirib. Rejim kütləvi həbs və repressiyalara əmr verib. Kulak, ağır əmək düşərgələri, gecə qapıdöymələri, xrom çəkmələrin tappıltı səsləri, gizli polis, KQB agentləri... Yerin də qulaqları var. 30-cu illərin xatirəsi belə tük ürpərdir. Dad qaçıran rəqəmdir. Putin köhnə sovet filmlərindən təsirlənib eyni ssenarini yenidən ekranlaşdırmaq istəyir. Ruslar belə nə baş verdiyini başa düşmürlər. Fikirləşirlər, Stalin sağ ola bilməz? Bu sadəcə dəhşətli olardı. Enerjinin saxlanılması qanunu: enerji heç nədən yaranmır, heç nədən itmir, bir formadan başqa formaya çevrilir. Bəlkə də simanın dəyişməsi. Demək belə. Putin də Stalin kimi qəribə adamdır. Düşünmür, həmişə nəsə edir. Həmişə nəsə də istəyir. Məsələn, o da, bu da Amerikanı sevmir. Amerikanı sevməməyin təhlükəli tendensiyası var. Başqa sözlə, Putin Stalindən fərqli olaraq, ölməyəcəyini və təmiz mütləqiyyətə sahib olduğunu düşünür. Praktikada isə Kreml başçısı "dəmiryumruq”-un epik nailləyətlərilə zəfərə yaxınlaşmağa çalışır. Stalin – diktator onu narahat edən müxalifləri Sibirə - kulak düşərgəsinə göndərirdi. Öldürsəydi, ondan yaxşı idi. Putin isə bir az fərqli üsula əl atır, həbs etdirir. O, fikir insanıdır. Özünün deyil, həmişə başqasının fikir təşviqinə istinad edir. Amma keçmiş ideoloji abidələrin yalnız xarabalıqları qalıb. Əslində Putin heç romantik də deyil. Onun düşüncəsi qeyri-utopik, qeyri-ideoloji, qeyri-ekastolikaldır. Zorakı püskürtmələrin isə axırı yaxşı olmur. Kütləvi etirazlar həmişə dissident fəlsəfəsinin xeyrinə həll olunub. Siyasətdə çox az populizm, müstəsnalıq yaxşıdır. Dözümsüzlük yaxşı deyil. Bu paxıllıqdır. Stalin də həmişə travmatik düşüncə sindromundan əziyyət çəkirdi. Başa düşmür, açıq yalanlar isə heç vaxt abidə ucalda bilməz. Stalinist fikir emalı yalnız fərqli olmaq üçündür. Mümkündür ki, uşaq vaxtı ətrafında olanlar Putinə tez-tez fərqli olduğunu deyirdilər. Elə o vaxtdan yadında qalıb. Putinin də siyasi idealizmi yalnız Stalinin dadsız rəqəmlərini təkrarlaya bilər. Başqa heç nə.