Putinin Türkiyə səfəri başlayıb

Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri başlayıb.

 

APA-nın məlumatına görə, o, İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresinə qatılacaq. Yerli vaxtla saat 16:00-da Rusiya prezidentinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü nəzərdə tutulub. Görüşdə enerji məsələsi, ikitərəfli əlaqələr vəSuriya məsələsi müzakirə olunacaq.