İran tərəfinin təşəbbüsü ilə Rusiya prezidenti Vladimir Putinlə iranlı həmkarı Həsən Ruhani arasında telefon danışığı baş tutub.
Trend Kremlin rəsmi saytına istinadən xəbər verir ki, onlar Suriya problemini, xüsusilə də Hələb ətrafındakı son prosesləri müzakirə ediblər.
Rəsmi məlumata əsasən, prezidentlər Suriyada problemin həlli istiqamətində real siyasi proseslərin başlanması üçün birgə səylərin əhəmiyyətini vurğulayıblar.