Ukrayna prezidenti Pyot Poroşenko Maydan fəallarına qarşı cinayətlərlə bağlı iş üzrə şahid qismində ifadə vermək üçün Baş Prokurorluğa çağırılıb.
sabahinfo.Az APA-ya
istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu Xüsusi
Araşdırmalar Departamentinin rəhbəri Sergey Qorbatyuk bildirib.
"Prezident noyabrın 29-na çağırılıb. Onun ifadə verməsinə dair
prinsipial razılıq var, lakin dindirilmə iki dəfə təxirə salınıb. Bu
üçüncü dəfədir", - deyə Qorbatyuk bildirib.