"Qalatasaray” adını dəyişdirsin.
Axar.azxəbər verir ki, bu sözləri MHP lideri Dövlət Baxçalı Türkiyənin "Qalatasaray” futbol klubunun start heyətində 11 xarici futbolçu ilə meydana çıxmasına münasibət bildirərkən deyib.
"11 xarici futbolçudan danışırıqsa, o zaman "aslan” ya da "Qalatasaray” deyilməsin. Adını dəyişdirsin. Belə komanda olar? (gülür) 80 milyon komanda var. Burada belə bir 11-lik düzəltmək olar”, - Baxçalı deyib.
Qeyd edək ki, "Qalatasaray” futbol klubu Türkiyə çempionatının sonuncu turunda "Konyaspor”la oyuna start heyətində 11 xarici futbolçu ilə çıxıb.