Türkiyə Superliqasının 14-cü turu çərçivəsində növbəti oyunlar keçirilib. sabahinfo.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, bu dəfə "Qalatasaray” "Qaziantepspor”u qəbul edir.
Qarşılaşmanın 12-ci dəqiqəsində meydan sahibləri hesabı açıb. "Qalatasaray”ın futbolçusu Yasin Öztəkin vruduğu qolu əsgər salamı ilə qeyd edib. Bununla o, İstanbuldakı terror hadisəsində şəhid olan polisləri yad edib.
Həmçinin Yasin qoldan sonra etdiyi daha bir hərəkətlə stadiona toplaşanları duyğulandırıb. O, meydanın kənarında xidmətdə olan iki polisi qucaqlayıb.