QHT təmsilçisi YAP Gənclər Birliyinin Şura üzvü seçilib

Yeni Azərbaycan Partiyası (YAP) Sabirabad rayon təşkilatının Gənclər Birliyinin növbəti konfransı keçirilib. Şəhərdəki Sabirabad Heydər Əliyev Mərkəzində başlayan Konfransı giriş sözü ilə açan YAP Sabirabad rayon təşkilatının sədri Nadir Quliyev konfrans iştirakçılarını salamlayaraq konfransın gündəliyini nəzərə çatdırıb. YAP Sabirabad rayon təşkilatı Gənclər Birliyinin sədri Hacəli İsmayılov hesabat məruzəsi ilə çıxış edib. Hesabat məruzəsindən sonra gənclərdən Gülay İbadlı, Varis Rüstəmov çıxış ediblər. Sonra təşkilati məsləyə baxılıb. Hacəli İsmayılov yenidən YAP Sabirabad rayon təşkilatı Gənclər Birliyinin sədri, Röya Nəsirli, Həmid Həmidov, Varis Rüstəmov sədrin müavinləri seçiliblər.

Konfrans 21 nəfərdən ibarət şura üzvünü, şura üzvləri isə 11 nəfərdən ibarət idarə heyətini seçib. Konfransda YAP Siyasi Şurasının üzvləri - Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev, Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, YAP İcra Katibliyinin məsul işçisi Ramil Mirzəyev çıxış ediblər.  

Sonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub.

Qeyd edək ki, Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzinin region üzrə təmsilçisi Vüsal Əhmədov Sabirabad YAP Gənclər Birliyinin Şura üzvü seçilib.