Rusiyada müalicə alan Qırğızıstan Respublikasının prezidenti Almazbek Atambayev xəstəxanadan buraxılıb.
sabahinfo.Az RİA Novosti-yə istinadən xəbər verir ki, prezident Rusiya tərəfinin dəvəti və mütəxsislərinin məsləhəti ilə Moskvaya gedib.
Atambayev Moskvada Mərkəzi Klinik Xəstəxanasında müalicə alırdı.
Xatırladaq ki, sentyabrın 19-da Qırğızıstan prezidenti Almazbek Atambayev ürəyində yaranan problem səbəbindən BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək 71-ci sessiyasında iştirak etməyib.