İki həftə öncə insultdan Tel- Əvivdəki "Tel ha-Şomer” xəstəxanasına yerləşdirilən İsrailin sabiq prezidenti Şimon Peresin vəziyyəti çox ağırlaşıb. sabahinfo.az saytı xəbər verir ki,"Qafqazinfo”nun verdiyi məlumata görə, həkimlər Peresin qohumlarını xəstəxanaya dəvət edərək onunla vidalaşmağı məsləhət görüblər.
Keçmiş prezidentin vəziyyəti sentyabrın 27-də anidən pisləşib. 93 yaşlı siyasətçini müalicə edən həkimlər artıq onu həyata qaytarmağın çox çətin olduğunu bildiriblər.