Rusiyanın 3 regionu hələ də kəskin qrip virusu təhlükəsi ilə üz-üzədir, bu səbəbdən 15 məktəbdə dərslər dayandırılıb.
Sabahinfo.az Trend-ə istinadən xəbər verir ki, bu barədə məsul şəxsAnna Popovabildirib.
Onun sözlərinə görə, ötən 14 gün ərzində virusa yoluxma halları azalsa da, qrip çox yavaş aradan qalxır. A.Popova bildirib ki, təhlükənin yüksək olduğu yerlər Rusiyanın üç regionunda qeydə alınıb - Komi, Çelyabinsk və Kemerov vilayətləri.O, həmin regionlarda bu səbəbdən 15 məktəbdə dərslərin dayandırıldığını də əlavə edib.