“Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycanın Xankəndi şəhərində fəaliyyəti nə öz nizamnaməsinə, nə də beynəlxalq qanunlara uyğundur”
Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində keçirilən iclasda deputat Vüqar İskəndərov bildirib.
O qeyd edib ki, BQXK münaqişə qurbanlarını kənara qoyub işğalçılarla məşğuldur: “BQXK-nin nümayəndəri İrəvandan Xankəndinə gəlib-gedir. Dəfələrlə BQXK-yə təklif edilib ki, onların fəaliyyəti ölkəmizdə koordinasiya edilməlidir. Amma BQXK Azərbaycanın təkliflərini qulaqardına vurur”.