"Azərbaycanda informasiya texnologiyaları sahəsinin inkişafının genişləndirilməsi məqsədilə regional texnoparkın yaradılması təklif edilir”.sabahinfo.az saytı xəbər verir ki, bunu "Yüksək Texnologiyalar Parkı" MMC-nin direktoru Seymur Ağayev İKT komissiyasının 2-ci iclasında danışıb.
"Biz bu layihəni Bakıda keçiriləcək "Bakutel-2016" telekommunikasiya sərgisi çərçivəsində təqdim etmək niyyətindəyik. Layihənin Pirallahı qəsəbəsində inşa edilməsi təklif edilir. Hazırda beynəlxalq təcrübə öyrənilir, zəruri infrastrukturun qurulması üçün hazırlıq işləri aparılır" - o bildirib.
Layihənin əsas məqsədinin regionda aparıcı qüvvə olmasını hədəflədiklərini qeyd edən S. Ağayev bildirib ki, burada mühüm məqam rəqabətqabiliyyətli İKT həllərin yaradılması və onları maliyyələşdirilməsindən ibarətdir.