“Rejissor Şahin Zəkizadə yaşayır, komadadır”

Qan xərçəngindən əziyyət çəkən rejissor Şahin Zəkizadə ölməyib. Tədris Terapevtik Klinikanın baş həkimi Adil Nuriyev Modern.az-a rejissorun yaşadığını bildirib.

O qeyd edib ki, xəstə komadadır:

"Hazırda Şahin Zəkizadə dərin komadadır, vəziyəti kritikdir”.

 

A.Nuriyev bu cür xəstələrin vəziyyətdən çıxma şansının olub-olmaması ilə bağlı da sualı cavablandırıb:

"Bu, mümkündür. Amma həm də çətindir”.