2016-cı ildə ABŞ-dan sığınacaq istəyən rusiyalıların sayı 1994-cü ildən bəri rekord həddə çatıb. sabahinfo.az bildirir ki, bu haqda "Azadlıq” radiosu ABŞ-ın daxili təhlükəsizlik nazirliyinə istinadən məlumat yayıb.
Məlumatda qeyd edilir ki, 2015-ci ilin oktyabr ayından 2016-cı il sentyabrın sonunadək 1912 rusiyalının sığınacaq barədə ərizəsi rəsmiləşdirilib.
Bu 2015-ci illə müqayisədə 31 faiz çoxdur.
1994-cü ildə bu göstərici 2127 olub.
Rusiyadan gedənlərin daha çoxu Avropaya sığınmaq istəyir. Təkcə 2016-ci ilin birinci rübündə onların sayı 11,6 min nəfər olub.