"Brent"in qiyməti 130 dolları ötdü

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin may müqaviləsinin dəyəri 2,23% artaraq 1 barelə görə 130,83 dollar təşkil edib.

Sabahinfo.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin aprelində ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 1,91% artaraq 126,06 dollara çatıb.