Rəşad Məcid: "Almaniya Türkiyədən nəyin hirsini, acığını çıxır?"

Erməni söhbəti bəhanədi. Almaniya Türkiyəyə güc göstərir.

sabahinfo.az xəbər verir ki, bunu "525-ci qəzet"-in baş redakroru, Azərbaycan Yazıçılar Birliyinin katibiRəşad Məcid dilə gətirib.

 O, deyib ki, bunun alt qatını, diplomatik dildən çevirisini tapmaq lazımdı. 

Onun sözlərinə görə, əslində Bundestaqda əvvəlcədən hazırlanmış şou göstərildi.

 "İclasa ermənilərin dəvət olunması, qərar layihəsini Türkiyə əsilli deputatın yaxasına erməni nişanı taxaraq oxuması və digər Türkiyə əsilli deputatların səs verməsinin qabardılması, Merkelin suçlu kimi kölgəyə cəkilib reaksiyaları izləməsinin izahı lazımdı. 

Almaniya Türkiyəyə nəyin xəbərdarlığını edir?

 Nəyin hirsini, acığını çıxır?

 Səni ən zəif yerindən və özününkülərin əliylə vurmaq gücündəyəm? 

Bunumu demək istəyir?

 Heç 3 milyon yarımın təpkisi də adekvat olmadı... 

Niyə? 

Nə baş verir ki?

 Hədəf Türkiyədi , yoxsa, Türkiyə hakimiyyəti?

 Dava nəyin üstündədi? 

Bu sualların cavabı maraqlıdı..."-deyə, o, sözlərinə əlavə edib.