Britaniya dəniz piyadaları Ukraynadakı əməliyyatlarda iştirak edir

Britaniya dəniz piyadaları Ukraynada əməliyyatlar keçirib.

Bunu Böyük Britaniya silahlı qüvvələrinin general-leytenantı Robert Maqoven deyib.

Maqovenin bu hərbi xidmət sahəsinə 2022-ci ilin may ayına qədər komandanlıq etdiyi bildirilir.

Generalın sözlərinə görə, Britaniya dəniz piyadalarının Ukraynadakı vəzifələri “yüksək səviyyədə siyasi və hərbi risk” daşıyıb. O, bu vəzifələrin nədən ibarət olduğunu açıqlamayıb.