Roma Papasının cari ilin oktyabrın 2-də Tbilisiyə səfəri zamanı "Holliday Inn” hotelində 77 yaşlı Halidey arxiyepiskopu Hanna Zoranın meyiti tapılıb.
sabahinfo.Az-ın xəbərinə görə, bu barədə "Novosti Qruziya” nəşrinə Gürcüstan DİN-dən məlumat verilib.
Bildirilir ki, Halidey arxiyepiskopu Hanna Zora Tbilisiyə oktyabrın 30-da Roma Papası Fransiskin nümayəndə heyətinin tərkibində gəlib.
"PrimeTime” qəzeti yazır ki, din xadiminin səhhətində ciddi problemlər olsa da, o səfərdən imtina etməyib.
Qeyd olunur ki, arxiyepiskopun cəsədi oktyabrın 1-də mehmanxanada xadimə tərəfindən aşkarlanıb.
Vatikan təhlükəsizlik xidmətinin xahişi ilə Hanna Zoranın ölümü barədə məlumat ictimaiyyətdən gizli saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb.