Bu gün Rumıniyada parlament seçkiləri keçirilir.
Sabahinfo.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, saat 09.00-da ölkədə 1254 seçki məntəqəsi açılıb.
Ümumilikdə 6,5 min namizəd Deputatlar Palatası və Senatda 466 yer uğrunda mübarizə aparır. 2004-cü ildən sonra ilk dəfə seçkilər proporsional sistem üzrə keçirilir. Seçkidə əsas rəqiblər Sosial-Demokrat Partiyası və Milli Liberal Partiyasıdır. Sosial-demokratlar əməkhaqlarını artıracağını və vergiləri azaldacağını, liberallar korrupsiya ilə ciddi mübarizə aparacağını vəd edirlər.
Proqnozlara əsasən, Sosial-Demokrat Partiyası səslərin 40 faizinə yaxınını, Milli Liberal Partiyası 30 faizə yaxın səs alacaq. Seçici fəallığının 50 faizdən az olacağı proqnozlaşdırılır. Seçki məntəqələri saat 23.00-da bağlanacaq.