Rusiya ən müasir qırıcısını göstərdi - FOTO/VIDEO

Rusiya ən yeni beşinci nəsil qırıcısı olan "T-50-8 PAK FA " təyyarəsinin ilk uçuşunu həyata keçirib.

sabahinfo.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, sınaq uçuşu dünən Komsomolsk - Amur poliqonunda baş tutub.

Bu barədə Rusiya aviasiya resurslarına istinadən "bmpd” bloqu xəbər yayıb. Rusiya Müdafiə Nazirliyi hələ ki, bu barədə rəsmi məlumat verməyib. Yeni nəsil qırıcısının keçən il keçirilən MAKS aviaşousunda nümayiş olunması nəzərdə tutulmuşdu. Lakin son anda T-50-8 uçuş planından çıxarılmışdı. Hərbi mənbələr bunun qırıcıların tam hazır olmaması səbəbindən baş verdiyini qeyd etmişdi.

"Təyyarə hələ dövlət sınaqlarını keçməyib. Qırıcı Hərbi Hava Qüvvələrlərinin silahlandırılmasına qəbul edilməyib", - hərbi mənbə bildirib.

b_550_325_16777215_00_images_xeber_sekilleri_15noyabr2016_87415_5.jpg


Rusiyanın "Suxoy” şirkətinin tamamilə stels texnologiyası əsasında hazırladığı "T-50-8 PAK FA" qırıcısı amerikanların beşinci nəsil "F-22 Raptor” döyüş təyyarəsi və "F-35” qırıcılarına qarşı ciddi rəqib ola bilər. Reaktivlərin yeni nəsil versiyası olan "T-50 PAK FA”lar bəzi parametrlərə görə, hər iki Amerika təyyarəsini üstələyir.

ABŞ Hərbi-Hava Qüvvələri kəşfiyyatının keçmiş rəisi, general-leytenant Deyv Deptula bildirib ki, rusların təyyarəsinin göstəriciləri gözlənilməz dərəcədə yaxşıdır. Rus qırıçıları bir neçə parametr üzrə ABŞ-ın beşinci nəsil qırıcılarını geridə qoyur.

"Şübhəsiz ki, "T-50-8 PAK FA" qırıcısının dönmə və manevr qabiliyyəti daha üstündür, onun əla aerodinamik konstruksiyası var” - deyə amerikalı general bildirib.

General Deptula bildirib ki, "T-50-8 PAK FA" hava döyüşündə üstünlük əldə etmək üçün daha çox optimallaşdırılıb və bu parametrlər üzrə "F-35” qırıcısını üstələyir.
Həmçinin bir çox hərbi ekspertlər hesab edir ki, "T-50-8 PAK FA" beşinci nəsil qırıcıların "mərkəz nöqtəsi"dir. "F-22 Raptor” qırıcılarından fərqli olaraq "T-50-8 PAK FA" qırıcıları yaxın məsafadə döyüşə yararlıdır.