Rusiya, Fransa, Almaniya və Ukrayna rəhbərlərinin görüşü başlayıb

Berlində "Normand dördlüyü” çərçivəsində Rusiya, Fransa, Almaniya və Ukrayna rəhbərlərinin görüşü keçirilir. sabahinfo.az xarici mediaya istinadən xəbər verir ki, liderlər dəyirmi stol arxasında müzakirə aparıb.

Almaniyanın kansleri angela Merkel Rusiya prezidenti Vladimir Putinin sol tərəfində, Fransanın dövlət başçısı Fransua Olland sağ tərəfində oturub.

Ukrayna prezidenti Pyotr Poroşenko isə stoilun əks tərəfində oturmağa üstünlük verib.

Dördlük Donbasdalkı situasiyanı, eləcə də Suriyadakı vəziyyəti müzakirə etmək üçün toplaşıblar.