ABŞ hərbi gəmisindən Suriyanın Homs vilayətindəki Şayrat aviabazasına atılmış 59 "Tomahavk” raketindən yalnız 23 ədədi bazanın ərazisinə düşüb.
Sabahinfo.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.
"Rusiya obyektiv nəzarət vasitələrinin məlumatına görə, Suriyadakı aviabaza qədər raketlərin yalnız 23- ədədi çatıb”, - general-mayor bildirib.
Konaşenkovuin sözlərinə görə, ABŞ-ın raket zərbələri nəticəsində dörd suriyalı hərbçi həlak olub, daha iki nəfər itkin düşüb. Altı nəfər yanğının söndürülməsi zamanı xəsarət alıb.