Suriyada daha bir Rusiya zabiti həlak olub.
Sabahinfo.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin generalının ölümü Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.
Məlumata görə, general-leytenant Valeriy Asapov minaatanlardan açılan atəş nəticəsində həlak olub. Deyr əz-Zor şəhərinin İŞİD-dən azad olunması əməliyyatında iştirak edən rusiyalı general hərbi müşavirlər qrupuna rəhbərlik edib.
V.Asapov komandanlıq tərəfindən ali dövlət mükafatına təqdim olunub.(modern.az)