Rusiya polisi iki ildir axtardığı azərbaycanlını tutdu

Rusiyanın Krasnoyarsk şəhər polisi iki ildən çox axtarışda olan Azərbaycan vətəndaşını həbs edib.

Sabahinfo.az lent.az-a istinadən xəbər verir ki, 1987-ci il təvəllüdlü Azərbaycan vətəndaşı quldurluqda ittiham olunur. O, 2015-ci ildən Rusiya Federasiyasında axtarışda imiş. Hazırda onun başqa cinayətlərdə də iştirakı araşdırılır.