Rusiya Federasiyası Ukrayna ilə bütün diplomatik əlaqələri kəsməyə hazırlaşır. Bunun səbəbi Ukraynanın xüsusi təyinatlı hərbi dəstələrinin Krım yarımadasında keçirdikləri əməliyyatlardır.
sabahinfo.az İzvestiya-ya istinadən bildirir ki, Kiyevin avqustun 7-də Krımda həyata keçirməyə çalışdığı əməliyyatlara cavab olaraq Moskva Ukrayna ilə diplomatik əlaqələrin dayandırılması, habelə Kiryevdəki səfirliyin bağlanması və bütün diplomatların geri çağırılması variantlarını nəzərdən keçirir.
Rusiya prezidenti Vladimir Putin: "Krımda baş verənləri Rusiya cavabsız qoymayacaq", - demiş, Ukraynanın hakimiyyət dairələrini terrorda suçlamışdı.
Hazırda Ukrayna və Rusiya arasında diplomatik münasibətlər çox sərindir. Hər ölkəni müvəqqəti işlər vəkili təmsil edir.
Xatırladaq ki, avqustun 10-da Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Krımda Ukraynanın hərbi kəşfiyyatının agentura şəbəkəsinin ifşa olunduğunu bəyan etmişdi. Avqustun 7-də Armyansk şəhərinin yaxınlığında ukraynalı diversantlar qrupu aşkarlanmışdı. Qrup ələ keçirilərkən rusiyalı sərhədçi həlak olub. Avqustun 8-də Ukraynanın xüsusi təyinatlı hərbçiləri artilleriya atəşi altında Krım yarımadasına keçməyə cəhd ediblər. FTX-nın açıqlamasında "Ukraynanın Krımı atəşə tutması nəticəsində bir rusiyalı hərbçi həlak olub" deyilirdi.