Rusiyanın baş naziri Dmitri Medvedev və türk həmkarı Binəli Yıldırım dekabrın 6-da Moskvada ikitərəfli münasibətləri müzakirə edəcəklər.
sabahinfo.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
"Dmitri Medvedev 2016-cı ilin dekabrın 6-da Rusiyada işgüzar səfərdə olacaq Türkiyənin baş naziri Binəli Yıldırım ilə görüş keçirəcək”, - məlumatda deyilir.
Görüşdə hökumət başçılarının
iqtisadi-ticarət və investisiya sahəsində qarşılıqlı fəaliyyəti
vurğulayaraq Rusiya-Türkiyə münasibətlərinin əsas məsələlərini nəzərdən
keçirəcəklər, energetika, sənaye, nəqliyyat və digər sahələrdə müştərək
layihələri müzakirə edəcəkləri də bildirilib.