Rusiyadan Azərbaycana gətirilən 1050 ton qarğıdalıda 10 ton təhlükəli alaq otu aşkarlanıb.
sabahinfo.Az xəbər verir ki, APA-nın Qarabağ bürosunun xəbərinə görə, bunu Bərdə rayonun Çələbilər kəndində fəaliyyət göstərən təsərrüfatda yoxlama zamanı Respublika Fitosanitar Nəzarət xidmətinin rəisi Camal Quliyev deyib.
C. Quliyevin sözlərinə görə, dekabrın əvvəlində ölkəyə 1050 ton ərzaqlıq qarğıdalı idxal edilib. İdxal olunan qarğıdalıdan götürülən nümunələr Dövlət Fitosanitar Nəzarəti Xidmətinin laboratoriyasında yoxlanılıb. Yoxlama zamanı təhlükəli sayılan "Yovşan yarpaqlı ambroziya" alaq otu aşkarlanıb. Alaq otun xüsusi aqreqatlar vasitəsi ilə qarğıdalıdan ayrılıb.
İdxal olunan məhsuldan 10 ton təhlükəli alaq otu çıxıb. Yararsız bitki qalıqları yandırılaraq zərərsizləşdirilib.
Qeyd edək ki, bu bitkilər nəinki insanlar üçün, hətta heyvanların qidalanmasında təhlükəli hesab olunur.