Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının kommunal xidmət işçiləri tətil ediblər.
AzVision.azErmənistan mətbuatına istinadən xəbər verir ki, hərbi bazanın 100-ə yaxın işçisi tətilə başlayıb və bu gündən işə çıxmayıblar. Onlar 3 ay ərzində əmək haqqı üzrə borcu ödəməyi tələb ediblər.
Tətil edən işçilər bazanın qapısına qədər gəlib komandanlıq ilə görüş tələb ediblər. Onlara bazanın ərazisinə daxil olmaq imkan verilməyib. Mənbə iddia edir ki, kommunal işçiləri Rusiyadan maliyyələşir, lakin dramla maaş alır. Onlar maliyyələşləməni təqdim edən şirkətin müflis olduğunu iddia edirlər.
Aksiya iştirakçılarından biri bildirib ki, son iki ayda onlarla əmək müqaviləsi bağlanılmayıb: "Qorxuruq ki, bunu əlində bayraq tutaraq bizə məvacib verməsinlər. Üç aydır bizə maaş verilməyib, aprelin əmək haqqını mayın 15-dək verməlidirlər, amma bizə pulun olub-olmayacağı ilə bağlı kimsə heç nə demir. Pul Moskvadan göndərilib, amma hələ hesabımıza köçməyib. "
Daha sonra 102-ci hərbi bazanın komandiri Vladimir Yelkanov əməkdaşlarla görüşmək üçün şəxsən bayıra çıxıb. O, etirazçıların şikayətlərini dinlədikdən sonra problemlərdən xəbərsiz olduğunu deyib və bu məsələni həll edəcəyinə söz verib. Vladimir Yelkanov həmçinin qeyd edib ki, yaranmış problemin müzakirəsi üçün borc almış şirkətlərin nümayəndələrini dəvət edəcək.