"Əl Məsdar"-ın xəbərinə görə, Sankt Peterburqdakı partlayış ilə eyni vaxtda, Şamdakı Rusiya səfirliyinə raket atılıb.
Milli.Az xəbər verir ki, "Əl Məsdar"ın Şam müxbiri İbrahim Joudehin verdiyi məlumata görə, Rusiya səfirliyinə doğru ən az 20 top və raket atılıb. Bu ağır hücumda heç kimyaralanmayıb.
Rusiyanın Şamdakı səfirliyinə edilən hücumu "Təhrir El Şam"("Əl-Qaida"nın Suriyadakı qolu, keçmiş "Cəbhət-əl Şam təşkilatı) təşkilatının təşkil etdiyi iddia edilir.