Avropa İttifaqı (Aİ) liderləri Rusiyaya qarşı iqtisadi sanksiyaları daha 6 ay uzatmaq barədə razılığa gəliblər.
Bu barədə sabahinfo.Az Trend-ə istinadən xəbər verir.
Qeyd edək ki, Rusiya ilə Aİ arasında münasibətlər Ukraynadakı vəziyyətlə əlaqədar pisləşib. Aİ ölkələri əvvəl fiziki şəxslərə qarşı individual sanksiyalar tətbiq etsə də, sonradan cəza tədbirləri Rusiya ilə bütün iqtisadi sahələri əhatə edib. Rusiya da cavab olaraq Aİ-dən ərzaq idxalını məhdudlaşdırıb.