Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb.
APA-nın xəbərinə görə, bu barədə Avropa İttifaqı Şurasının yaydığı məlumatda deyilir.
Bildirilir ki, sanksiyalar gələn ilin iyulun 31-dək uzadılıb. Səbəb kimi Minsk razılaşmasının yerinə yetirilməməsi göstərilir.
Qeyd edək ki, Rusiyaya qarşı iqtisadi sanksiyalar 2014-cü ilin avqust ayından tətbiq edilir.