Bu gün Brüsseldə 3 tərəfli formatda görüş keçiriləcək. Bu görüşün regionda gedən məsələlərə ciddi təsir göstərəcəyi görünür".
Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Elman Nəsirov deyib.
Onun sözlərinə görə, ABŞ dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib, Blinken narahatlığını bildirib:
"Bu, onu göstərir ki, Avropada İlham Əliyevə çox böyük hörmət var. Cənab prezident qəti şəkildə bildirib ki, bu görüşdə guya iqtisadi, islahat məsələlərinin müzakirə ediləcəyi deyilsə də, bu görüşdə Ermənistana hərbi dəstək, hərbi maliyyə yardımı göndərmək və birgə təlim məsələləri müzakirə edilir. Bu, regiona sülh gətirmir, təhlükəsizliyi təmin etmir. Ümid edirəm, İlham Əliyevin dedikləri nəzərə alınacaq”./bakivaxtiaz