Brüssel görüşünün saatı açıqlandı

İyulun 15-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa Birliyi (AB) Şurasının rəhbəri Şarl Mişel arasında görüş keçiriləcək.

Sabahinfo.az xəbər verir ki, bu barədə AB Şurasının Mətbuat xidməti məlumat yayıb.

Ş.Mişelin İ.Əliyev və N.Paşinyanla görüşü yerli vaxtla saat 13:00-da (Bakı vaxtı ilə 15:00-da) planlaşdırılır.

Görüş zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına dair məsələlər müzakirə olunacaq.