Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili vətəninə birdəfəlik qayıtmaq niyyətində deyil.
Sabahinfo.Az azvision.az-a istinadən bildirir ki, Saakaşvili fəaliyyətini Ukraynada davam etdirəcəyini deyib.
"Mən buraya qastrol səfərinə gəlməmişəm. Döyüş meydanını tərk edə bilmərəm. Lakin birmənalı olaraq seçkilərdən sonra Gürcüstana gedəcəyəm, öz ölkəmə kömək edəcəyəm. Öz hesabıma məzuniyyət götürəcəyəm və yaxın günlərdə müəyyən proseslərə cəlb olunacağam", - deyə Saakaşvili vurğulayıb.
Sabiq prezident bəyan edib ki, seçkilərdən sonra maneəsiz şəkildə Gürcüstana gedib-gələ biləcək: "Bütün polislərin, silahlı qüvvələrin bizim tərəfimizdə, yəni dövlətçilik və qanunvericiliyin tərəfində olduğu vaxt heç kim mənə barmağını da toxundura bilməz".
Saakaşvili çıxışında Ukraynada yaşayacağını, Gürcüstana köçməyəcəyini vurğulayıb.