"Əgər sabah məni Bakıya dəvət edəcəklərsə, gedəcəm”.
Sabahinfo.az xəbər verir ki, bu barədə erməni aktyor, SSRİ xalq artisti Armen Ciqarxanyan deyib.
Onun sözlərinə görə, kimsə gülə, kimsə ağlaya, kimsə nəsə deyə bilər: "Amma mən gedəcəm. Nifrət etmək asandır, amma sevmək çətindir.
Amerikada yaşayan bir erməni dostumun anası xəstələnmişdi. Ondan soruşdum ki, "sən öz ananı türk həkimin müalicə etməsinə razı olarsan?”. O mənə baxdı və dedi: "İndi mənim anamı türklər müalicə edir”. Biz Türkiyə və Azərbaycanla yanaşı yaşayırıq. Bunu dəyişdirmək mümkün deyil”.
A.Ciqarxanyan Ermənistan və Azərbaycanın barışmalı olduğunu qeyd edib.
"Mən dəfələrlə Bakıda qastrol səfərlərində, konsertlərdə olmuşam. Orada mənim üçün hər şey yaxşı idi. Bu gün də bildirirəm: əgər məni Bakıdan dəvət etsələr, gedərəm”, - deyə o bildirib.
Qeyd edək ki, Ciqarxanyanın bir müddət öncə verdiyi bu müsahibə onun ad günü münasibətilə Moskvada erməni muzeyinin saytında yenidən dərc olunub./publika.az