Sarkisyan baş prokurorun müavinini işdən çıxardı

Ermənistanda baş prokurorun müavini Emil Babayan tutduğu vəzifədən azad olunub.

Sabahinfo.Az azvision.az-a istinadən bildirir ki, bununla bağlı Ermənistan prezidenti Serj Sarkisyan sərəncam imzalayıb. 

Xatırladaq ki, bu il avqustun 4-də Ermənistanın baş prokuroru Gevork Kostanyan səhhətində problemin yarandığını əsas göstərərək istefa verib. Onun yerinə ölkə parlamenti 38 yaşlı Artur Davtyanı baş prokuror seçib.