Sarkisyan Ohanyanla vida görüşü keçirdi

Ermənistanın müdafiə naziri Seyran Ohanyan dünən Prezident Sarayına Serj Sarkisyanla görüşə dəvət edilib. Görüş bağlı qapılar arxasında keçib və iki saatdan çox davam edib.

sabahinfo.Az virtualaz.org-a istinadən bildirir ki, bu, Sarkisyanla Ohanyanın vida görüşü olub. Çünki görüşün gedişatında qəti qərar qəbul edilib ki, Ohanyan daha Müdafiə Nazirliyinə başçılıq etməyəcək.

"Sən öz missiyanı yerinə yetirdin və indi sakitcə gedə bilərsən. Sən müharibənin iştirakçısı idin - hansının ki, biz 100-dən çox qurban verdik və hansının ki, sən 800 hektar ərazini Azərbaycana hədiyyə etdin. Sənin idarəetmən dövründə ordu qarət edilib və demək olar ki, hər gün əsgərlər məhv olub. İndi sakitcə gedə və öz qazancından həzz ala bilərsən", - deyə vətəndaş fəalı, "Erməni Qadınları Cəbhəsi" təşkilatının rəhbəri və "Təsisedici parlament"in üzvü Syuzan Simonyan Ohanyanın gedişini şərh edərkən öz facebook səhifəsində yazıb.