Sarkisyandan gözlənilməz - ETİRAF

Ermənistan prezidenti Serj Sarkisyan dördgünlük müharibə zamanı Azərbaycanın 800 hektar torpaq sahəsini işğaldan azad etdiyini deyib.

Sabahinfo.az xəbər verir ki, bunu Sarkisyan Vyanadan İrəvana qayıdarkən təyyarədə jurnalistlərə verdiyi açıqlamasında bildirib.

Erməni prezident özünü aprel məğlubiyyətindən sığortalamaq üçün işğaldan azad olunan torpaqların guya strateji və taktiki əhəmiyyət malik olmadığını deyib. Sarkisyanın bu açıqlaması Ermənistan ictimaiyyətini faktiki olaraq aldatmağa yönəlib.

Görünür, bu yolla erməni lider dördgünlük müharibə zamanı ordusunun məğlub duruma düşməsi faktını gizlətməyə çalışır.