"Azərbaycan Prezidentinin mükəmməl islahatlar paketi bu sistemin əhatəliliyinin və səmərəliliyinin artırılmasına, ünvanlılıq və şəffaflığın tam təminatına əsas yaradıb. Bu sahədə görülən işlər nəticəsində əhəmiyyətli nəticələr əldə olunub.
Növbəti ildə də qeyd olunan istiqamətdə tədbirlərin, sosial cəhətdən həssas əhali qruplarının rifah halının yaxşılaşdırılmasına yönələn sosial proqramların, pensiya təminatı sisteminin təkmilləşdirilməsi üçün islahatların davam etdirilməsi təmin olunacaq”.
sabahinfo.Az xəbər verir ki, bu sözləri Əmək və əhalinin sosial müdafiəsi naziriSəlim Müslümov "Yeni Azərbaycan Partiyasına” (YAP) müsahibəsində deyib.
"Həmçinin gələn il əmək ehtiyatlarından səmərəli istifadənin təmin olunması və aktiv əmək bazarı proqramlarının, idarəetmə və xidmət sahələrində elektron texnologiyaların tətbiqinin, sosial xidmətlərin əhatə dairəsinin, əlilliyi olan şəxslərin reabilitasiya və cəmiyyətə inteqrasiya imkanlarının genişləndirilməsi və s. bizim fəaliyyətimizin əsas istiqamətləri olacaq.
2016-cı il dünya iqtisadiyyatı üçün çətin bir ildir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi 2017-ci ildə də Prezident İlham Əliyevin uğurlu sosial siyasət kursunun layiqli səviyyədə icrası istiqamətində səylərini daim artırmaqla, ölkəmizin inkişafı, sosial rifah səviyyəsinin yüksəldilməsi proseslərinə öz töhfələrini verəcəkdir”, - deyə nazir qeyd edib.