Səməd Seyidov: - "Monitorinq Komitəsində erməni işğalı və cinayətləri barədə bütün vacib informasiyaları çatdırdım"

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəçiləri iyunun ortalarında Azərbaycana səfər edəcəklər.

sabahinfo.az  xəbər verir ki,  bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov"Twitter” səhifəsində yazıb.
 
S. Seyidovun qeyd etdiyinə görə, bu gün Azərbaycanla bağlı müzakirələr keçirilib.

"Mən erməni işğalı və cinayətləri barədə bütün vacib informasiyaları çatdırdım” - deyə, o, əlavə edib.
 
Qeyd edək ki, bu gün AŞPA-nın Monitorinq Komitəsində Azərbaycanla bağlı müzakirələr keçirilir. 

Stefan Şennak aprelin 5-9-da Azərbaycana faktaraşdırıcı səfərinin yekunlarını təqdim edir.