Sərkisyan İrəvanda Putinə yalvaracaq

Rusiya prezidenti Vladimir Putinin Ermənistana 14 oktyabrda səfəri zamanı əsas müzakirə mövzularından biri də ölkəyə satılan qazın tarifinin azaldılması olacaq.

sabahinfo.Az axar.az-a istinadən bildirir ki, bununla əlaqədar yaxın zamanlarda "Qazprom" rəhbəriAleksey Millerin də İrəvana gələcəyi gözlənilir.
 
Qeyd edək ki, hazırda Rusiya Ermənistana təbii qazın hər 1000 kub/metrini 150 dollara satır. "Qazprom" sonuncu dəfə belə endirimi iyul ayında edib.