Şimali Koreyanın dövlət KİV-i ölkənin Koreya yarımadasına istiqamət götürmüş Amerikanın "Karl Vinson” gəmisinin bir zərbə ilə batırıla biləcəyini bəyan edib.
Sabahinfo.az xəbər verir ki, bu bəyanat Phenyanda dərc edilən Mərkəzi partiyanın "Nodon sinmun” qəzetinin şərhlərində səslənib.
Şərh Koreyanın Əmək partiyasının mərkəzi orqanında lider Kim Çen Inın donuz fermasına səfəri barədə məqalənin altında yerləşdirilib.
"Bizim inqilabi qüvvələrimiz bir zərbə ilə ABŞ gəmisini batırmağa qadirdir”, - redaksiyanın şərhində deyilir.
Belə zərbə hərbi qüvvəmizin nümayişi olacaq.
"Mincu Çoson” qəzeti ordunun düşmənlərə amansız zərbələr vurmağa hazır olduğunu yazıb.