Şimali Koreya liderini öldürmək üçün xüsusi dəstə yaradılır

Cənubi Koreya və ABŞ Koreya yarımadasında müharibə başladığı halda əsas vəzifəsi Şimali Koreya lideri Kim Çen Inın öldürmək olacaq xüsusi briqada yaratmağı planlaşdırır.

 

APA-nın məlumatına görə, bu barədə "Renxap” agentliyi Cənubi Koreya ordusundakı mənbəyə istinadən məlumat yayıb.

 

Min nəfərdən iki min nəfərdək döyüşçünün olacağı briqadanın yaradılmasına bu ildən başlanılması planlaşdırılır. Briqadada ABŞ xüsusi təyinatlıları da olacaq və onlar Cənubi Koreya komandanlığına tabe olacaq.