İzmir. Aqşin Rafiqoğlu - APA-Economics. "SOCAR Turkey Energy" "Petkojen" (kogenerasiya qurğusu) layihəsinin icrasını təxirə salıb.
"APA-Economics" xəbər verir ki, bunu "Petkim Petrokimya Holding A.Ş."-nin baş icraçı direktoru Anar Məmmədov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, layihənin texniki səbəblərdən təxirə salınıb: "Lakin layihənin yenidən gündəmə gətirilməsi istisna deyil".