Avstriyanın OMV şirkətinin Türkiyədəki törəməsi olan "Petrol Ofisi”nin alışına dair 3 şirkət rəsmi təkliflərini verib.
sabahinfo.Az APA-ya istinadən xəbər verir ki, bunu "Bloomberg” agentliyi 3 mənbəyə istinadən yazır.
Agentliyin mənbələri bildirir ki, "Petrol Ofisi”ni almaq üçün "Saudi Aramco”, SOCAR və OPET ("Koç Holding”in törəməsi) rəsmi qaydada OMV-yə müraciət edib.
"Strategiyamıza uyğun hərəkət etməyə davam edirik. ”Petrol Ofisi”nin satışına dair ilk təklifləri almışıq”.
Qeyd edək ki, SOCAR "Petrol Ofisi”nə məxsus olan yanacaqdoldurma məntəqəsi (YDM) şəbəkəsinin alınması üçün elan olunan müvafiq tenderdə iştirak edəcəyini bildirib. Bunu "Reuters” agentliyinə "SOCAR Türkiye Enerji A.Ş.”-nin İdarə Heyətinin sədri Vaqif Əliyev bildirib.
V.Əliyev əlavə edib ki, "Petrol Ofisi” yayda SOCAR-a informasiya memorandumunu təklif edib.
"Bundan sonra biz tender iştirak haqqında qərar qəbul etdik”, - deyə o bildirib.
İdarə Heyətinin sədri detalları açıqlamayıb.
SOCAR-a YDM məntəqəsi STAR neft emalı zavodu ilə inteqrasiya üçün lazımdır. Türkiyənin İzmir şəhərində yerləşən zavod 2018-ci istismara veriləcək.
Cari ilin fevral ayında OMV "Petrol Ofisi”nin satışa çıxarıldığı bəyan edib. Şirkətdən bildirilib ki, "Petrol Ofisi" OMV-nin yenilənmiş strategiyasına uyğun deyil.
"Petrol Ofisi”nin Türkiyə ərazisində 1800-ə yaxın YDM-i var.