Solomon adaları sahillərində 6,0 bal gücündə zəlzələ baş verib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri Kirakira yaşayış sahəsindən 83 kilometr şimal-qərbdə olub. Zəlzələnin ocağı 39 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.