Suriya ordusu könüllülərin köməyi ilə Hələbdən 100 kilometr şərqdə Meskene şəhərində İŞİD-in forpostunu tamamilə mühasirəyə alıb.
Hökumət qüvvələri 17 kəndi azad ediblər. Əməliyyatlarda 2 mindən artıq İŞİD silahlısının öldüyü və yaralandığı, terrorçulara məxsus xeyli sayda hərbi texnikanın məhv edildiyi xəbər verilir.
Son 3 ayda hökumət qüvvələrinin Hələbin şərqində 170-dən artıq kəndi azad etdiyi bildirilir.
Trend