Ermənistanda suyun qiymətində vahid sistem yaradılır.
sabahinfo.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu qərarla İrəvanda suyun qiyməti artacaq. Bölgələrdə isə qiymət həm artıb, həm azala bilər. Belə ki, bütün ölkədə su üçün orta tarif həddi müəyyən ediləcək.
"İrəvan-cur" şirkətinin mətbuat katibi Murad Sarkisyanın sözlərinə görə, yeni qiymətlər yanvarın 1-dən qüvvədə olacaq.
Yeni tariflərin məbləğinə gəlincə, Sarkisyan, hələ ki, hesablamalar aparıldığını əlavə edib.
Hazırda Ermənistanda 1 kubmetr su üçün ən aşağı tarif 170 dram (0.59 qəpik), ən yüksək isə 204 dramdır. Qeyd edilir ki, orta tarifin 180 dram olacağı gözlənilir.